Antalyanın Almalı vilayətində suriyalı köçkünlərlə yerli türklər arasında kütləvi dava baş verib.
Teleqraf.com xəbər verir ki, dava çörək sexində suriyalı bir gəncin kassadan pul oğurlaması iddiası ilə başlayıb.
İşdən çıxarılan gənc axşam 6 həmyerlisi ilə sexə gələrək sahibkar Səlim Durmuşdan işlədiyi günlərin əməkhaqqısını istəyib. Mübahisə zamanı surayilılar Səlim Durmuşa hücum çəkərək onu döyməyə başlayıblar.
Səs-küyə yığışan adamlar Səlim Durmuşun tərəfini saxlayıblar. Çörək sexinin qarşısına 600 nəfərə yaxın adam toplaşıb. "Suriyalıları istəmirik!" deyə şüarlar səsləndirilib. Hadisə yerinə polis gəlib. Səlim Durmuş polis şöbəsinə aparılıb. Kütlə şüarlar deyə-deyə şöbənin qarşısına yığışıb.
Dava zamanı 7 nəfərin xəstəxanaya düşdüyü bildirilir.
Gərginlik bütün gecəni davam edib.