ABŞ KXDR-ə müharibə elan edilməsi barədə xəbəri təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Nocosti"yə ABŞ Dövlət Departamentinin nümayəndəsi Katina Adams bildirib.
"ABŞ Şimali Koreyaya müharibə elan etməyib" - Adams deyib.
Qeyd edək ki, Şimali Koreya Xarici İşlər naziri Li En Xo Nyu Yorkda jurnalistlərə "ABŞ bizim ölkəyə müharibə elan edib. Bizim əks tədbirlər görməyə, o cümlədən ABŞ-ın strateji bombardmançılarını vurmağa tam haqqımız var" deyib.