ABŞ prezident Donald Tramp ölkə əhalisinin 65 faizdən çoxunun etimadını itirib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, "The Washington Post" və "ABC" telekanalı insanların Trampa olan münasibətini öyrənmək üçün birgə sorğu keçiriblər.
Sorğunun nəticələrinə görə, əhalinin 53 faizi Tampın iqtisadi siyasətindən, 70 faizi isə səhiyyədən narazıdır.
Qeyd olunur ki, bu, ABŞ prezidentlərilə bağlı 70 il ərzində keçirilən sorğular arasında ən zəif göstəricidir.