Rusiya ilə S-400 zenit-raket komplekslərinin tədarükünə dair sövdələşmədə məqsəd üstünlük əldə etmək deyil. Bu, bir zərurətdir".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-da jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Baş nazir qeyd edib ki, Türkiyə ABŞ və NATO-nun bənzər sistemlərinə ümid etsə də, təkliflər qoyulan şərtlərlə uyğun gəlmədi.
"Bizim gözləntilərimizə cavab verən təklif olmadı. Nəhayət, biz Rusiya ilə saziş bağladıq", — deyə Yıldırım bildirib.