13 Noyabr 2017 02:04
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İranın region ölkələrinə təsirini qiymətləndirmək üçün Ərəb Birliyi ölkələri Xarici İşlər nazirlərinin təcili toplantısının keçirməsi təklifilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Misirin rəsmi dövlət agentliyi MENA xəbər yayıb. Lakin məsələyə dair Səudiyyə Ərəbistanı və Ərəb Birliyindən hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Ər-Riyad Tehranı İraq, Livan, Yəmən və Suriyada sabitliyi pozmaqda ittiham edir. Bu qarşıdurmda son hadisə Livanın baş naziri Sad Həririnin, qurduğu hökumət səs çoxluğu almasına baxmayaraq, noyabrın 4-də Ər-Riyada istefa verməsi olub. Baş nazir istefa verərkən, buna səbəb kimi İran və “Hizbullah”ın bölgədə sabitliyi pozmasını, özünə qarşı sui-qəsd həyata keçirilə biləcəyini əsas gətirib.


Müəllif: Cavad