15 Noyabr 2017 21:06
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsilli İsveç vətəndaşı, aktivist Dror Feiler Təl-Əvivi beynəlxalq sularda saxladığı "Estella" gəmisi üçün təzminat ödəməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, 'Ship to Gaza' dərnəyinin üzvü Feiler 2012-ci ildə Qəzzaya yardım aparan gəmiyə həbs qoyan İsrail hökumətinin əməllərindən məhəməyə şikayət edib. Ali Məhkəmə İsrail hökumətinin şirətə təzminat ödəməsi barədə qərar qəbul edib.

Dror Feiler bildirib ki, İsrail təzminatı ödəyib: "Məbləği açıqlamaq istəmirəm, amma deyə bilərəm ki, həmin pulla gəmi almaq olar".

Feiler bildirib ki, təzminatı İsrailin Qəzzaya tətbiq etdiyi embarqonu aradan qaldırmaq məqsədilə həyata keçirilən layihələrə xərcləyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər