Afrikanın Tanzaniya ölkəsində turist təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Serengeti milli parkında baş verib.
Hadisə zamanı 11 nəfər həlak olub. Onların şəxsiyyəti və qəzanın səbəbləri araşdırılır.
İlkin ehtimallara görə, ölənlər İngiltərə, Almaniya, ABŞ və İtaliya vətəndaşlarıdır.