18 Noyabr 2017 08:05
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyardlarından imtina edən şahzadələr azadlığa buraxılır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İhlas Xəbər Agentliyi çıxış edib.

İddiaya görə, bir neçə gün əvvəl korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanında həbs edilən şahzadələrə sərvətlərindən imtina əvəzində azadlığa buraxılmaları təklifi edilib.

Qeyd edilir ki, bir iş adamı ilə əldə olunan razılaşmadan sonra onun bank hesabından milyonlarla rial çəkilib.

Digər xəbərə görə, həbs edilənlərdən biri 4 milyard dollarlıq səhmlərindən razılaşma əsasında imtina edib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı hökuməti bu həftədən etibarən həbs edilən şahzadə və iş adamlarının bank hesablarını dondurmağa, mənbəyi bəlli olmayan, qeydiyyata alınmayan mallara əl qoymağa başlayıb.

Bunun qarşılığında hökumət həbs olunan şəxslərin sərvətlərinin qarşılığında sərbəst buraxılacaqları barədə mövqe ifadə etməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər