İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın milliyyətcə əfqan olan daha bir muzdlusu Cavad Məhəmmədi Suriyada gedən döyüşlərdə həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.
Bildirilir ki, Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən SEPAH-ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının 18 yaşlı muzdlusu bu ölkənin Əl-Məyadin yaşayış məntəqəsində Dəməşq hakimiyyətinə müxalif qüvvələrlə baş verən silahlı qarşıdurmada həlak olub.
Əfqan SEPAH-çının cənazəsi ölkəyə gətirilərək noyabrın 19-da İranın Rəfsəncan şəhərində torpağa tapşırılacaq.