Noyabrın 20-də keçirilməsi gözlənilən Avropa Birliyi ilə Türkiyə arasında yüksək səviyyəli enerji dialoqu ləğv edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Bərat Albayraqın rəhbərlik etdiyi nümayəndə heyətinin Brüssel səfəri də təxirə salınıb.
Məlumatlara görə, dialoqun ləğv edilməsinə səbəb Türkiyə Böyük Millət Məclisində baş tutacaq seçkilər olacaq.
Bundan başqa, AB-Türkiyə arasında planlaşdırılan noyabrın 27-də rabitə dialoqu, dekabrın 7-8-də iqtisadi dialoqun təxirə salınmadığı bildirilib.