İosif Stalinin cəsədinin qalıqlarını Gürcüstana qaytarmaq, Vladimir Lenini dəfn etmək, Nikita Xruşşovun xatirəsini federal səviyyədə əbədiləşdirmək lazımdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Çeçenistan Prezidenti Ramzan Kadırov deyib:
“Mən bir neçə dəfə bu fikri səsləndirmişəm. Halbuki mənə bunun isti-soyuğu yoxdur”.
O bildirib ki, bu fikirlər siyasi səciyyə daşımır: “Mən bunu insanlıq naminə deyirəm”.