1 May 01:13
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel ənənəvi mətbuat konfransında Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, bu məsələ ilə Dövlət katibi şəxsən məşğul olur:

“Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.


Müəllif: Teleqraf.com