26 Noyabr 2017 14:56
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Türkiyənin Ərdəhan şəhərində qazıntı zamanı tapılan rus general Vasili Geymanın cəsədi Qarsdan Polşaya aparılacaq.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu haqda Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtumuş bildirib. Bu məqsədlə nazir Qarsa gəlib, burada bəzi yerləri ziyarət edib.

Kurtulmuş deyib ki, Ərdahanda tapılan və hazırda Qars muzeyində saxlanılan rus generalın nəşi Polşaya göndəriləcək:

“Bu cəsəd polyak əsilli rus generalınındır. Bir müddət əvvəl prezident Ərdoğan Polşaya səfər edərkən bu mövzu müzakirə edilib. Biz, bu cəsədin bir rus generalı, amma polyak əsilli olduğunu bilirik. Hətta onun Polşadakı ailə üzvlərinin kimlər olduğunu da müəyyən etmişik. Bu səbəbdən də, Polşa ilə yazışmalara başlamışıq. Biz cəsədin Polşaya göndərilməsi mövzusunda öz fikirlərimizi qarşı tərəfə çatdırmışıq. Təbii ki, general rus komandanı olduğunda ruslar da bu prosesin içində olacaq. Polşanın tələbi generalın cəsədini aid olduğu yerə aparmaq və orada dəfn etməkdir”.


Müəllif: Cavad