Bu mövzu yalnız Ankara və Moskvanın maraq dairəsindədir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Kirill Loqinov Türkiyənin bu ölkədən S-400 almasına NATO-nun münasibətini şərh edərkən deyib.
Rusiya XİN-in Avropa Departamenti NATO şöbəsinin müdiri olan Kirill Loqinov Berlində təhlükəsizlik konfransında iştirak edib.
Jurnalistlərin suallarını cavablandıran Rusiya diplomatı bildirib ki, əgər Türkiyə tərəfi bu tip silahlarla maraqlanırsa, müzakirələrə hazır olduqları təqdirdə görüşlər keçirilə bilər: “Biz hərbi-siyasi blok üzvlüyünə diqqət etmirik və istənilən bir ölkə üçün açığıq”.
Türkiyə müdafiə naziri Nürəddin Canikli isə bəyan edib ki, Moskvanın Ankaraya satacağı S-400 raket əleyhinə müdafiə sistemlərinin NATO-nu təhdid etmədiyinə dair zəmanət verəcəklər.