1 Avqust 2014 12:29
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Selanik Metropoliti Antimos Yunanıstana səfər edən türk turistlərdən ehtiyatlı olmağı tövsiyyə edib.


Məlumata görə, türk seriallarına qarşı sərt çıxışları ilə tez-tez gündəmə gələn Yunanıstanın Selanik Metropoliti Antimos bu dəfə də Selanikə axın edən türk turistlərə qarşı çıxıb.

Antimos Yunanıstana gələn türklərin məqsədli şəkildə səfər etdiyini, əsl məqsədlərinin onları doğramaları olduğunu deyib:

“Anlamırsınız? Türklər bura məqsədli şəkildə gəlirlər. Onlar bir gün bizi doğrayacaqlar. Selanikin büdcəsinə xeyrləri dəyir deyə qürurumuzumu satacağıq? Bunu qəbul etmirəm və mübarizəmiz davam edəcək”.

Qeyd edək ki, statistikalara əsasən bu il Yunanıstana 20 milyon türk səfər edib.

/axar.az/


Müəllif: