İsrail ordusu Qəzza sektorundan atılan 2 raketi məhv edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, həyəcan siqnalının 25 min yəhudinin yaşadığı Sderota şəhərindən verildiyi bildirilib.
Qeyd edək ki, Trampın Qüdslə bağlı qərarından sonra bölgədə vəziyyət daha da gərginləşib.