Moskva ABŞ və Şimali Koreyanı dialoqa çağırır. Bu, situasiyanı hazırkı ifrat təhlükəli vəziyyətdən çıxarmağa kömək edəcək.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
BMT Təhlükəsizlik Şurasının Şimali Koreya məsələsinə dair iclasının yekunlarını şərh S.Ryabkov qeyd edib ki, yalnız Pxenyan və Vaşinqton arasında açıq dialoq yolu ilə hazırkı diplomatik dalandan çıxmaq mümkündür.