22 Dekabr 2017 17:26
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada növbəti ilin martında baş tutacaq prezident seçkiləri ilə bağlı sorğu keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sorğu “İctimai rəy” fondu tərəfindən təşkil edilib.

Sorğunun nəticələrinə əsasən, rusiyalıların 80 faizi hazırkı Prezident Vladimir Putinə güvənir. Sorğu iştirakçılarının 5 faizi Putinin növbəti dəfə namizədliyinə mənfi yanaşır. Sorğu iştirakçılarının 8 faizi isə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin namizədliyini dəstəkləyib.

Rusiya Baş naziri Dmitri Medvedevin işi ilə bağlı sual da sorğuda yer alıb. İştirakçıların 30 faizi Medvedevdən tamamilə razı, 26 faizi isə narazıdır. Rəyi soruşulanların 40 faizi bitərəf qalıb, 4 faiz iştirakçı isə suala cavab verməyib.


Müəllif: Samir