22 Dekabr 2017 21:34
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp vergi sistemində son 30 ildə ən böyük dəyişiklik hesab olunan paketi imzalayıb.

Qeyd edək ki, ABŞ Konqresinin vergi islahatına dair qanun layihəsini qəbul etməsi Trampın böyük qələbəsi hesab edilir. Qanun layihəsi respublikaçıların yekdil dəstəyi ilə təsdiq edilib. Demokratlar isə qanun layihəsini tənqid edərək, onun zəngin amerikalılar və korporasiyasların mənafelərinə xidmət etdiyini bildirir.

Bildirilir ki, qanun layihəsi ən zəngin amerikalıların bir faizinə 80 faizdən artıq imtiyaz verdiyi halda, 86 milyon işləyən ailələr vergilərin artdığını müşahidə edəcək.

Ən yaxın gələcəkdə plana görə vergi ödəyənlərin əksəriyyəti vergilərin azalacağını görəcək, lakin bu ixtisarların müddəti 2025-ci ilə qədərdir. Proqnozlara görə, vergi islahatı ilə ABŞ-ın hazırda təxminən 20 trilyon dollarlıq borcuna növbəti 10 il ərzində 1 trilyon dollar əlavə ediləcək.


Müəllif: Teleqraf.com