24 Dekabr 2017 13:28
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ötən həftə BMT Təhlükəsizlik Şurasının toplaşaraq səs birliyi ilə qəbul etdiyi sanksiyaları “müharibəyə səbəb” kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Şimali Koreyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

“ABŞ nüvə silahına sahib olmağımızdan dəhşətə gəlir. Ölkəmizə qarşı çox sərt təzyiq və sanksiyalar tətbiq etmək üçün maksimum iş aparır. Bununla da cümhuriyyətimizin müstəqilliyini heçə sayaraq Koreya yarımadasının, geniş bir bölgənin barış və azadlığı prosesinə qarışır. ABŞ-ın nüvə təhdidlərini, şantajlarını və düşməncə davranışlarını kökündən yox etmək, ölkəmizin müstəqilliyini və təhlükəsizliyini təmin etmək üçün nüvə sınaqlarımızı daha da gücləndirəcəyik”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qəbul etdiyi sanksiya qərarlarının rədd edildiyi bildirilən bəyanatda ABŞ-ın və tərəfdarlarının qəbul etdiyi qərarların Koreya yarımadasında sülhə və ölkənin müstəqilliyinə qarşı olduğu bəyan edilir edilir.

Həmçinin Şimali Koreyaya qarşı səsvermədə iştirak edənlərin Pxenyanın qəzəbi ilə qarşı-qarşıya gələcəyi ilə təhdid olunur.

Xatırladaq ki, ABŞ tərəfindən hazırlanan və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərara əsasən Şimali Koreyaya neft ixracatının 90 faiz azaldılması nəzərdə tutulub.


Müəllif: Cavad

Oxşar xəbərlər