25 Dekabr 2017 10:40
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikadan sonra Qüdsü İsrailin paytaxtı kimi tanıyan ikinci ölkənin adı bəlli olub.

Teleqraf.com xəbər verir ki, Quatemala dövlət başçısı Jimmi Morales Feysbuk səhifəsində İsrail baş naziri Netanyahu ilə görüşdüyünü və bu görüşdən sonra Qüdsü İsrailin paytaxtı olaraq tanımağa qərar verdiyini yazıb. O, eyni zamanda bildirib ki, səfirliyi Tel-Əvivdən Qüdsə köçürmək üçün artıq təlimat verib.


Müəllif: Cavad