ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada Bəşər Əsəd rejiminin nəzarəti altındakı ərazilərdə əməliyyat həyata keçirməyəcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, koalisiya qüvvələrinin rəsmisi Əsədin nəzarəti altında olan bölgələrdə əməliyyatları davam etdirmək niyyətində olmadıqlarını deyib.
Xatırladaq ki, 2015-ci ildə ABŞ və Rusiya arasında Suriyadakı qarşıdurma əleyhinə qaynar xətt yaradılıb. Anti-İŞİD koalisiyası 2015-ci ilin dekabrında Suriya ordusuna qarşı ilk hücumu reallaşdırıb. Həmin hücumda Suriya hökumətinə məxsus hərbi düşərgədə xidmət edən 3 hərbçi ölüb.