29 Dekabr 2017 23:37
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Berlin şəhərinin ədliyyə naziri Dirk Behrendt məktəblərdə hicablı müəllimlərin dərs deməsi üçün razılıq verilməsinin lazım olduğunu bəyan edib.

Teleqraf.com xarici mediaya istianla xəbər verir ki, nazir müxtəlif inanclara sahib insanların çoxluq təşkil etdiyi Berlində hicablı gənc qadınların tədris işində iştirakı ilə bağlı razılaşdıqlarını söyləyib. O, Konstitusiya Məhkəməsinin qərarına əsasən hicab qadağasının din azadlığını məhdudlaşdırdığını xatırladıb.

Yaşıllar partiyasının üzvü olan Behrendt Berlində məktəblərdən birindən qovulan hicablı müəllimlərin ayrı-seçkiliyə məruz qaldıqları üçün məhkəmədə iddia qaldırdıqlarını və qalib gəldiyini deyib: “Biz müsəlman kişilərini hicab geyinmədiyi üçün işə götürürük. Çarəsiz şəkildə müəllim axtardığımız halda qadınlardan imtina edirik. Burada uyğunsuzluq var”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər