İsrail hərbçiləri Fələstinin Qanunvericilik Məclisinin deputatı Nasir Əbdülcavadı həbs edib.
Teleqraf.com xəbər verir ki, israilli hərbçilər bu gün səhər saatlarında deputatın Ramallahdakı evinə hücum çəkib.
Evdə axtarış aparan hərbçilər Nasir Əbdülcavadı həbs ediblər.
Həmasa bağlı Dəyişiklik və İslahat Blokundan deputat olan Əbdülcavadın həbsindən sonra İsrail tərəfindən açıqlama verilməyib.