3 Yanvar 2018 19:29
4 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti yanvarın 5-dən Teleqram və İnstaqram sosial şəbəkələrinə girişə qoyulmuş qadağanı ləğv edə bilər.

Teleqraf.com İRBA-ya istinadən bildirir ki, bu barədə İran parlamentinin beynəlxalq siyasət və təhlükəsizlik komitəsinin üzvü Əlirza Rəhimi bildirib.

"İki sosial şəbəkənin filtrasiyası cümə günü dayandırıla bilər", - Rəhimi deyib.

Qeyd edək ki, İranda dekabrın 28-də başlayan etiraz aksiyaları ilə əlaqədar bir sıra sayt və sosial şəbəkələrə girişə məhdudiyyətlər qoyulmuşdu.


Müəllif: Nahid

Oxşar xəbərlər