Amerikalılar Donald Trampın deyil, Kim Çen İnin psixi vəziyyətinə görə narahat olmalıdırlar.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlərə açıqlamasında deyib.
"Bizim ölkənin vətəndaşları Şimali Koreya liderinin psixi vəziyyətindən narahat olmalıdır. O, dəfələrlə dünyanı hədələyib. Çoxsaylı raketləri sınaqdan keçirib. Bizim prezident isə qorxmur. O, zəiflik göstərməyəcək və amerikalıları müdafiə edəcək", - Sanders deyib.
Qeyd edək ki, jurnalist Sandersə, Trapmın ABŞ-ın nüvə düyməsinin Şimali Koreyanın nüvə düyməsindən böyük olması haqda fikrinə işarə edərək "Amerikalılar Trampın psixi vəziyyətindən narahat olmalıdırmı" sualını ünvanlayıb.