8 Yanvar 2018 11:08
4 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyanın şimalında 4 mindən çox TIR dolu silah və hərbi təchizatla təmin etdiyi terrorçularla bağlı yeni addım atmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, İŞİD bəhanəsi ilə Türkiyə ilə sərhəddə terror xətti inşa etməyə çalışan Vaşinqton PKK/PYD silahlılarının nəzarətində olan 28 min kilometrlik ərazini diplomatik olaraq tanımaqla bağlı fəaliyyətə başlayıb.

Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi, mərkəzi Londonda yerləşən “Şark əl-Avsad” xəbər portalına danışan amerikalı diplomat Ağ Evin Suriya siyasətində yeni səhifə açdığını bəyan edib.

Mənbənin sözlərinə görə, ABŞ-ın Müdafiə naziri Ceyms Mettis PYD-nin nəzarətində olan bölgəni rəsmən tanımaq üçün bura diplomatik nümayəndə heyəti göndərib.

Qəndildə PKK nümayəndələri ilə görüşən diplomatlar bölgənin yenidən qurulması və təhlükəsizliyin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Danışıqların sonunda Vaşinqtonun Suriyanı parçalayaraq, PKK-nın nəzarətində olan dövlət quracağı qeyd edilib.


Müəllif: Samir

Oxşar xəbərlər