15:23
İran Xarici İşlər naziri Məhəmmədcavad Zərif bu gün Moskvaya təcili səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Zərif səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təsdiq edib. Görüşün gündəliyi zəngindir. Nazirlər əsasən, İranla bağlanmış nüvə razılaşmasını müzakirə edəcəklər.
Zərif nüvə sazişində Rusiyanın dəstəyini almaq niyyətindədir.
Sabah isə İran XİN rəhbəri Rusiyadan Brüsselə gedəcək. O, burada Fransa, Böyük Britaniya və Almaniyadan olan həmkarları ilə İranın nüvə sazişini müzakirə edəcək.
Qeyd edək ki, yanvarın 12-i ABŞ Prezidenti Donald Tramp İranla bağlanmış nüvə sazişi ilə bağlı son qərarını açıqlayacaq.
Ekspertlər Zərifin təcili səfərini qabaqlayıcı tədbir kimi qiymətləndiriblər.
***
İran Xarici İşlər naziri Məhəmmədcavad Zərif Moskvaya rəsmi səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı İranın "Mehr" agentliyi məlumat yayıb.