İsrail hökuməti İordan çayının qərb sahillərində qanunsuz olaraq yeni yaşayış məntəqələrinin salınması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, bölgədə 1122 yeni yaşayış evi tikiləcək.
Məsələ İsraildəki “İndi sülh” hərəkatı tərəfindən narazılıqla qarşılanıb.
Hərəkatın rəhbəri Haqif Ofran hökumətin bu addımını sərt tənqid edib: “Hökumət sülh və iki dövlətli həll ehtimalının qarşısını almağa çalışır. Əgər barış olsa, İsrail minlərlə yəhudini təxliyyə etməli olacaq”.