Bu gün axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Teleqraf.com xəbər verir ki, danışıq zamanı Putin Suriyadakı PUA ilə hücum cəhdlərinin Türkiyə ilə əlaqəsinin olmadığını bildirib:
"Nə türk əsgərlərinin, nə də Türkiyə hökumətinin Rusiyanın Suriyadakı hərbi bazasına hücum cəhdlərilə heç bir bağlantısı yoxdur".
Putin qeyd edib ki, bu kimi təxribatlar müttəfiqlər arasında əlaqələri pozmağa hesablanıb: "Təşkilatçılar barədə dəqiq məlumatlarımız var. Kimə nə qədər maliyyə ödədiklərini də bilirik".
Ərdoğan isə öz növbəsində Dəməşq hökumətinin İdlib və Şərqi Qutada mülki şəxslərə qarşı hücumların həmən dayandırılmasının Astana və Soçi görüşlərində əldə edilən qərarlara hörmət edilməsi baxımından vacib olduğunu vurğulayıb.
Tərəflər həmçinin Akkuyu Atom Elektrik Stansiyasının inşası ilə bağlı da müzakirə aparıblar.