09:36
ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya planlaşdırılan ilk səfəri baş tutmayacaq.
Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, buna səbəb Trampın Londondakı təşkilatçılıqdan narazı qalması olub.
Fevrala planlaşdırılan səfər zamanı ABŞ-ın Böyük Britaniyadakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilməli idi.
***
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfərinin təxirə salınmasının əsl səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, fikirlərini Tvitter hesabında paylaşıb:
“Mənim London səfərini təxirə salmama əsl səbəb odur ki, Obama administrasiyasının böyük pərəstişkarı deyiləm. Obama yeni səfirlik üçün 1,2 milyard dollar xərcləmək qərarına gəlib. Məndən lenti kəsməyimi istəyirsiz? Heç vaxt”.