İsrail hökuməti 2019-cu il büdcəsində iqtisadi durumu nəzərə alaraq xarici ölkələrdə fəaliyyət göstərən 7 diplomatik təmsilçiliyini bağlamaq qərarına gəlib.
Teleqraf.com “Haaretz” qəzetinə istinadla xəbər verir ki, İsrail hökuməti əlavə olaraq Xarici İşlər Nazirliyindən 140 diplomatı təqaüdə çıxmağa təşviq edəcək.
Hələlik hansı ölkələrdəki diplomatik təmsilçiliklərin bağlanacağı bilinmir.
Qeyri-rəsmi xəbərlərə görə, İsrailin ABŞ-dakı təmsilçiliklərinin bəzisi bağalana bilər. Hazırda bu ölkənin ABŞ-da 9 diplomatik təmsilçiliyi fəaliyyət göstərir.