İngiltərə parlamentinin rəqəmsal, mədəniyyət və media komissiyasının sədri Damian Kollins referendum mərhələsində rusların Breksitin xeyrinə internet səhifələrində aktiv iş apardığını bildirib.
Teleqraf.com xəbər verir ki, deputat bu faktları sənədləşdirdiklərini də bildirib.
Xatırladaq ki, ABŞ-da aylarla sürən araşdırmanın sonunda Rusiya tərəfinin Donald Trampın prezident seçilməsinə dəstək verdiyi də iddia olunur.
Fransa və Almaniya isə 2016-cı il seçkilərində öncə minlərlə saxta facebook profilini müvəqqəti olaraq qapayıb.
Rusiya hökuməti referendum kampaniyası zamanıBritaniyanın Avropa Birliyinə çıxması üçün təbliğat apardıqları barədə ittihamları rədd edib.