25 Yanvar 2018 14:32
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa polisi faşist uniforması geyinərək meşədə Adolf Hitlerin doğum gününü qeyd edən 5 nəfəri həbs edib.

Teleqraf.com xəbər verir ki, bu haqda Macarıstan Xəbər Agentliyi məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Polşa meşələrində faşistlərin simvolu olan yanan xaça nasist salamı verən şəxslər saxlanılıb. Onlar bu hərəkəti ilə Adolf Hitlerin anadan olmasının 128-ci ildönümünü qeyd ediblər.

Polis faşizmi yaymaq ittihamı ilə həmin şəxsləri həbs edib. Saxlanılan şəxslərin evində dərhal axtarış aparan polis çoxlu sayda nasist bayrağı, hərbi geyimlər və silahlar aşkarlayıb.

Bu fakt Polşada elə senssiya yaradıb ki, ölkənin Baş naziri Andrzej Duda da buna münasibət bildirib:

“Əgər bir nəfər polşalı, digər etnik qrupların nümayəndəsi yəhudi soyqrımından sorumlu olan Adolf Hitlerin xairəsinə sayğı göstərirsə, həmin şəxsin Polşa cəmiyyətində yeri yoxdur”,- baş nazir bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər