26 Yanvar 2018 23:27
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə görə ABŞ-a minnətdarlığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Poroşenko "Tvitter"də yazıb.

"ABŞ-ın BMT Təhlükəsizlik Şurasında tam dəstəyinə və Rusiyaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsinə görə minnətdaram", - deyə o bildirib.

Poroşenko həmçinin bildirib ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə müdafiə və təhlükəsizlik sahəsində koordinasiya barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 26-da ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanan sanksiya siyahısına 21 Rusiya və Ukrayna vətəndaşı, həmçinin 21 şirkət əlavə edilib.


Müəllif: Ayxan

Oxşar xəbərlər