Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində başladığı “Zeytun budağı” adlı əməliyyatın 8 günlük nəticəsinə dair bəyanat yayıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 20 yanvar tarixindən bu günə qədər 447 terrorçu məhv edilib.
Bu gün 53 terrorçu məhv edilib.
“Zeytun budağı” plan üzrə davam etdirilir.