Rusiyanın “Komsomolskaya pravda” radiosunun canlı efirində insident baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, teleaparıcı Maksim Şevçenko həmkarı və tarixçi Nikolay Svanidze ilə mübahisə edib.
Mübahisə qısa zamanda davaya çevrilib. Məlumata görə, insidentə tərəflər arasında rus tarixi ilə bağlı fikir ayrılığının yaranması səbəb olub.