Rusiya əvvəl Amerika ilə birlikdə nüvə başlıqlarını azaldırdı, ancaq Moskva daha sonra strateji olaraq nüvə başlıqlarını təkrar dövriyyəyə gətirdi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-ın Müdafiə naziri Ceyms Mettis deyib.
Nazir əlavə edib ki, bundan daha böyük problem Rusiyanın nüvə qarşıdurmasını inkişaf etdirməsi nəticəsində hərbi strateji qabiliyyətlər əldə etməsidir:
“Rusiyanın Krımı ilhaqı və müttəfiqlərimizi nüvə gücü ilə təhdid etməsi faktiki olaraq Moskvanın böyük ölçüdə güc yarışına girməyə qərar verdiyini göstərir”.