ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) yeni başçısı Jerome Rovell rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, 65 yaşlı Rovell bu gün FED-in Vaşinqtondakı mərkəzində təşkil olunan andiçmə mərasimi ilə vəzifə başına keçib. O, yazılı açıqlamasında “Amerikalılara xidmət etmək imkanına sahib olmaqdan qürur və şərəf duyduğunu” ifadə edib.
FED-in 16-cı rəhbəri olan Jerome Rovellin 2012-ci ildən bəri birlikdə çalışdığı Janet Vellenin uğurlu pul siyasətini davam etdirməsi gözlənilir. Onun maliyyə sektorunda uğurlu karyerası sayəsində 55 milyon dollar sərvət qazandığı təxmin edilir. Beləliklə, Rovell bu göstərici ilə 1940-cı illərdən bəri FED-in ən zəngin başçısı olub. O, siyasət və hüquq sahələrində təhsil alıb və son 40 ildə bu vəzifəyə təyin olunan ilk şəxsdir ki, iqtisadiyyat sahəsində doktorluq dərəcəsinə malik deyil.