Ağ Evdən İsrail-Suriya arasında yaşanan gərginliklə bağlı açıqlama gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açılamada ABŞ yenə də İsrailin tərəfini tutub:
"İsrail ABŞ-ın sadiq müttəfiqidir. Tel Əvivin İranın dəstəklədiyi Suriyaya və Suriyanın cənubundakı milislərə qarşı özünü müdafiə haqqını dəstəkləyirik. İran və müttəfiqləri təxribat xarakterli addımlara son verməli və bölgədə sülh üçün çalışmalıdırlar".