15 Fevral 2018 00:58
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı qadınların Sevgililər günündə ən çox bəyəndiyi hədiyyə səyahət bileti, yaxud hansısa elit tədbirə, eləcə də konsert, teatr, film və ya idman yarışına getməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Milli Pərakəndə Satıcılar Birliyinin (NRF) araşdırmasında qeyd olunub.

Araşdırma zamanı məlum olub ki, Sevgililər günü ABŞ iqtisadiyyatına təxminən 20 milyard dollar qazandırıb.

ABŞ-da yaşayan 127 milyon insandan təxminən 70 milyonu Sevgililər gününü qeyd edib. Onlar qızıl-zinət əşyalarına 4,7 milyard, güllərə 2 milyard, geyimə 1,9 milyard, restoranda romantik şam yeməyi üçün 3,7 milyard dollar pul xərcləyiblər.

Qeyd edək ki, Sevgililər günü xərclərinin 19,6 milyard dollar olacağı proqnozlaşdırılıb. Ölkədə ümumi xərclərin Valentin gününə görə 7,7 faiz artacağı qeyd olunub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər