15 Fevral 2018 22:57
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların Florida ştatında, Parklend şəhərciyindəki (Brovard dairəsi) yerləşən məktəblərdən birində 17 nəfəri qətlə ytirən 19 yaşlı Nikolas Kruzla bağlı yeni məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, "CNN"-in məlumatına görə, Federal Təhqiqat Bürosuna Nikolas Kruzun niyyəti barədə iki dəfə məlumat verilib.

Nikolas Kruz 2017-ci ilin sentyabrında "Yutub"dakı televiziya kanallarından birinə "Mən professional məktəbli qatili olmaq istəyirəm" rəyini yazıb. Kanalın müəllifi bu barədə FTB-yə məlumat versə də, qurum buna ciddi yanaşmayıb.

FTB Kruzun 2017-ci ildəki rəyi barədə informasiya aldıqlarını təsdiqləyib.

Qeyd edək ki, fevralın 14-də Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində azı 17 nəfər ölüb, daha 17 nəfər yaralanıb. Hadisə ilə bağlı 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb.


Müəllif: Ayxan