İran dünya üçün ən böyük təhddidir. Suriyada mövcud olan hərbi düzəndən İranın əngəllənməsi üçün əlimizdən gələni edəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Münhen Təhlükəsizlik Konfransında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu çıxışı zamanı İsrail hava sahəsində ələ keçirilən İrana məxsus dronun qalıqlarını da nümayiş etdirərək Tehrana mesaj çatdırıb:
“İsrailin nə qədər qərarlı olduğunu sınağa çəkməyin”.