21 Fevral 2018 22:28
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:29

Peruda Arekipa regionunun Panamerika şosessində sərnişin avtobusu dərəyə aşıb, ən azı 30 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.

Peru Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada daha 22 nəfər yaralanıb.

Avtobus təxminən 200 metr hündürlükdən aşıb. Ölkə prezidenti Pedro Kuçinski artıq həlak olanların ailələrinə başsağlığı verib.

***

Məlumata görə, qəza nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 20 nəfər isə yaralanıb.

Ölkə prezidenti Pedro Kuçinski həlak olanların ailələrinə başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər