24 Fevral 2018 23:39
2 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası şənbə günü Suriyadakı münaqişə tərəflərindən əhaliyə humanitar yardım göstərmək üçün ən az 30 gün müddətində hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, sənəd Rusiyanın da daxil olduğu Təhlükəsizlik Şurasının 15 üzv dövləti tərəfindən dəstəklənib.

Qərarda BMT Təhlükəsizlik Şurası bütün tərəflərdən dərhal hərbi əməliyyatları 30 gün müddətinə dayandırmağı tələb edib. Bu müddər ərzində əhaliyə humanitar və tibbi yardım ediləcək, yaralıların evakuasiyası üçün şərait yaradılacaq.

Qərara əsasən, atəşkəs İŞİD və digər terror təşkilatlarına şamil olunmur.


Müəllif: Nahid

Oxşar xəbərlər