ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıclar Deyr-əz-Zor bölgəsini bombardman edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı mülki əhali arasında xeyli insan həlak olub və yaralanıb.
Ölənlərin çoxunun əl-Şaafax şəhərində olduğu bildirilib.
Məsələ ilə bağlı Pentaqon heç bir açıqlama yaymayıb.