ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kişnerin Ağ Evdəki yüksək səviyyəli tədbirlərə qatılması qadağan edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, qadağa Kuşnerlə bağlı aparılan araşdırmalar bitənə qədər qüvvədə qalacaq.
Mənbə 37 yaşlı Kuşnerin bununla bağlı məlumatlandırıldığını bildirib. Kuşnerin vəkilləri yayılan xəbərləri təsdiq edib.