2 Mart 2018 17:12
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında polis növbəti faciənin qarşısını alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik işçiləri Raulit şəhərində 17 yaşlı məktəblini saxlayıblar.

Baxış zamanı məktəblinin üzərində avtomat silah və narkotik maddə aşkar edilib.

Onun məktəblərdən birində qanlı olay törətməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Florida ştatında yeniyetmənin məktəbə hücumu nəticəsində 17 nəfər həlak olmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər