Rusiya Ağquyu Atom Elektrik Stansiyasının inşasına apel ayında başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Dövlət Atom Enerjisi Təşkilatının rəhbəri (Rosatom) Aleksey Lixaçev məlumat verib. O, Ağquyudakı ərazidə təməlatma işinin aprel ayının əvvəlində başlayacağını planlaşdırdıqlarını deyib:
“Çalışmaların başlaması için 101 sənəddən 90-ını almışıq”.
Qeyd edək ki, Türkiyənin ilk nüvə stansiyası olacaq və 20 milyard dollar investisiya xərci nəzərdə tutulan Ağquyu Atom stansiyası üçün oktyabr ayının sonunda məhdud iş icazəsi alınmışdı.
Zavodun ilk hissəsi 2023-cü ildə istismara veriləcək.