7 Mart 2018 00:13
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriyada icra olunmayan atəşkəs qərarının müzakirəsi üçün bu gün toplanacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransa və İngiltərənin tələbi ilə BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında Suriyada 30 günlük humanitar atəşkəs qərarının qüvvəyə minməsi məsələsi müzakirə ediləcək.

Britaniyalı diplomat Stefan Hikki özünün Tvitter mikrobloqunda Fransa və Birləşmiş Krallığın BMT TŞ-da 2401 saylı qərarının icrasının uğursuz olduğunu qeyd edib və bu məsələnin müzakirəsi üçün təcili toplantı çağırıldığını vurğulayıb.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyaya humanitar yardımın çatdırılması və Şərq Qutadakı ağır xəstə və yaralıların təxliyyəsi üçün 1 aylıq atəşkəs qərarı qəbul etsə də, tərəflər qərarı icra etmir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər